18 yanvar 2013 00:03
İnter Almaniya klubuna qarşı hansı heyətlə oynayıb?
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan “İnter” ötən gün ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Amaniyanın “Aalen” komandasıyla qarşılaşıb.
Kaxaber Tsxadadze almanlarla oyuna aşağıdakı heyəti buraxıb: Georgi Lomaya, İliya Kandelaki, Brüs Abdulay, Vladimir Levin, Fuad Bayramov, Ruslan Əmircanov, Slavço Georgiyevski, İbrahima Niasse, Daniel Genov, Samir Zərgərov və Yuri Fomenko.
Oyunda hesab 24-cü dəqiqədə açılıb. Yuri Fomenkonun ötürməsindən sonra Samir Zərgərov komandasını hesabda önə keçirib.
Fasilədən sonra “İnter”in heyətində dəyişiklik edilib: R.Tevdoradze, A.Daşdəmirov, R.Cəfərov, M.Abbasov, C.Hacıyev, A.Abasiyev, İ.Ələkbərov, C.Diniyev, P.Zlatinov və R.Mansurov.
İkinci hissədə “Aalen” qol vuraraq məğlubiyyətdən qaça bilib. Nəticədə oyun 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, “İnter” ikinci yoxlama matçını bu gün keçirəcək. Komandanın rəqibi Rusiyanın “Amkar” komandası olacaq. Qarşılaşma yerli vaxtla saat 17:00-da başlayacaq.
