17 yanvar 2013 12:04
Bakı və Qarabağın oyunçuları AZAL yolunda
AZAL “Bakı”nın yollarını ayırdığı Cəmşid Məhərrəmovla “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevi heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, artıq hər iki futbolçu paytaxt klubunun rəhbərliyi ilə görüşüb və transferin şərtlərini müzakirə edib.
AZAL-ın hər iki oyunçuya yarım illik müqavilə təklif etdiyi bildirilir. Yaxın günlərdə tərəflərin yekun qərar verməsi gözlənilir.
