17 yanvar 2013 12:18
Valentin İvanov: Ağayevlə Həsənov İrmatovun yolunu davam etdirə bilərlər
Rusiyanın sabiq FİFA referisi Valentin İvanov azerisport.az saytına müsahibəsində Türkiyənin Antalya şəhərində azərbaycanlı hakimlərlə apardığı işi dəyərləndirib, onların daha mötəbər turnirlərə düşmək şansları barədə danışıb.
- Azərbaycanlı hakimlərlə gördüyünüz iş nədən ibarətdi?
- Biz azərbaycanlı hakimlərlə ilk toplanışımızı ötən ilin oktyabr ayında keçirmişdik. Amma o vaxt bu, nəzəri məşğələlərlə məhdudlaşdı. Bu dəfə isə həmin məsələləri təcrübədə də həyata keçiririk. Mən artıq azərbaycanlı hakimlərin idarə etdiyi bir oyunda olmuşam və deməliyəm ki, onların gördüyü işdən razı qaldım.

- İki Almaniya klubunun görüşünü idarə edən Rəhim Həsənova neçə bal verərdiniz?
- Aydın məsələdi ki, bu, sınaq matçı idi. Yəni komandalar qarşısında hansısa hədəf yox idi. Belə olanda hakimlər də bir qədər arxayın olurlar. Amma bunlara rəğmən, maraqlı oyun oldu. Hər iki komanda çox çalışırdı. Həsənovun da işini izlədim. Bu, hələ onun FİFA referisi kimi ilk ilidi. Hər şey qarşıdadı.

- Sizcə, hakimlərimiz daha çox hansı məqamlar üzərində işləməlidilər?
- Hakimlikdə gərək bütün məqamlara diqqət yetirilə. Təkcə fiziki yox, mental hazırlığa da diqqət yetirmək vacibdi. Həm də soyuqqanlı olmaq lazımdı ki, düzgün qərarlar verəsən.

- Hakimlərimizdən hansıları xüsusi qeyd edə bilərsiz?
- Məncə, hakimləriniz ilk növbədə onu başa düşməlidi ki, zalda səhv etmək o qədər də vacib deyil. Biz demək olar ki, 40 hakimlə çalışırıq. Onların hamısı bunu anlamalıdı.

- FİFA rəsmisi kimi deyə bilərsiz ki, azərbaycanlı hakimlər neçə il sonra dünya və Avropa çempionatlarında oyun idarə edə bilər?
- Burda çox şey ölkə futbolundan asılıdı. Məsələn, əgər Almaniya, İngiltərə, İspaniya çempionatlarını götürsək, görərik ki, onların əksər klubları avrokuboklarda çıxış edirlər. Ona görə də həmin çempionatların oyunlarını idarə edən hakimlər böyük təcrübə qazanırlar. Əlbəttə, istisnalar da olur. Məsələn, Rövşən İrmatov Özbəkistandan olsa da, çox məşhurdu. Mən Əliyar Ağayevlə Rəhim Həsənovun idarəçiliyini görmüşəm. Onların gələcəkdə Avropa və dünya çempionatlarının oyunlarını idarə etmək şansı var.

- Onlar bunun üçün nə etməlidilər?
- Hər şey özlərindən asılıdı. Onlar addım-addım irəli getməlidilər ki, daha böyük turnirlərə dəvət alsınlar. Əvvəl üçüncü, daha sonra ikinci və birinci kateqoriyanı almaq lazımdı. Ən yaxşıların sırasına düşmək üçün bunu mümkün qədər tez etmək lazımdı. Onlar İrmatovun yolunu davam etdirə bilərlər.