18 yanvar 2013 00:31
Böyükağa Hacıyev ispan futbolçudan danışdı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandaya baxışa gələn ispaniyalı yarımmüdafiəçis Pedro Arias barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“O, bu gün komandamızda ilk dəfə məşqə çıxdı. Hələ bu futbolçu barədə konkret nəsə deyə bilmərəm. Həm də bu, düzgün olmazdı. Öncə onu bəzi sınaq matçlarında yoxlamalırıq. Yalnız ondan sonra öz fikrimi deyə bilərəm. İndidən bir şeyi dəqiq deyə bilərəm ki, ispan futbolçu “Rotor”la (Rusiya) qarşılaşmada meydanda olacaq”.