17 yanvar 2013 12:42
Simurqun Qazaxıstan klubu ilə oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
“Simurq” bu gün Türkiyə toplanışı çərçivəsində Qazaxıstanın “Akjaik” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, artıq bu oyunu idarə edəcək hakimlər də bəllidi.
Belə ki, sözügedən komandaları meydana azərbaycanlı ədalət təmsilçiləri çıxaracaqlar. Baş hakim isə Ömər Paşayev olacaq.
