17 yanvar 2013 18:40
İnter Almaniya klubu ilə sülh bağladı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in ilk rəqibi Almaniyanın “Aalen” klubu olub.
Aşağı liqa klubu ilə qarşılaşma "İC Santai" otelinin stadionunda baş tutub. Matç "bankirlər" üçün yaxşı başlayıb. Lakin son dəqiqələrdə almanlar cavab qolunu vurmağı bacarıblar.
Beləcə, "İnter" ilk sınaq matçından sülhlə ayrılıb.
Yoxlama oyunu
17 yanvar
İNTER - AALEN - 1:1 (0:0)
Qol: S.Zərgərov, 21 (1:0).
Oyun başladı
24. S.Zərgərov hesabı açdı - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
79. Alman klubu hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
