17 yanvar 2013 19:55
Simurq qazaxlara uduzdu (YENİLƏNİB)
Yanvarin 10-dan Antalyaya yollanan "Simurq" qardaş ölkədə qış təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla "Mardan Spor Kompleks"inin meydançasında məşq edən komanda bu gün ilk yoldaşlıq görüşünü keçirib.
“Sarı-qaralar”ın rəqibi Qazaxıstanın "Akjayik" kollektivi olub. Qarşılaşma Zaqatala klubunun minimal hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu oyundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə iki günlük istirahət verəcək.
Yoxlama oyunu
17 yanvar
SİMURQ - AKJAYİK - 0:1 (0:1)
"Simurq" meydana bu heyətlə çıxıb: Kramarenko, Ramaldanov, Zrnanoviç, Qırtımov, Əliyev, Aqeyoman, İbrahimov, Səttarlı, Soltanov, Bojiç, Eyyubov.
