17 yanvar 2013 12:57
“İlk çempionluğumu Neftçi ilə yaşamaq istəyirəm” (VİDEO)
Türkiyə toplanışını davam etdirən “Neftçi”nin futbolçusu Mahir Şükürov klubun rəsmi saytına danişib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
“Komanda şəklində toplarla və fiziki məşqlərimizi davam etdiririk. Əhval-ruhiyyəmiz yüksək səviyyədədi. Bilirik ki, qarşıda bizi uzun marafon gözləyir, Azərbaycan çempionatı və kuboku. Klub prezidenti Sadıq Sadıqov da bu gün komandanın yanındadı və heç bir dəstəyini əsirgəmir. Bu da komanda üçün böyük bir stimuldu. “Neftçi” hər zaman çempionluq üçün oynayıb. Ona görə də öz məsuliyyətimizi dərk edirik. Mən çempionluq yaşamamışam və bunu “Neftçi” ilə yaşamaq istəyirəm. Bu mövsüm Avropa Liqasının qrupunda çıxış etdik. İndi isə çempion olub Çempionlar Liqasının qrupunda oynamaq istəyirik”.
