17 yanvar 2013 13:16
Rəvan belə hazırlıq keçir (FOTOREPORTAJ)
Yanvarın 10-dan təlim-məşq toplanışına start verən "Rəvan”da çempionatın yerdə qalan bölümünə hazırlıq yüksək sürətlə davam edir. Azerisport.az xəbər verir ki, Premyer Liqada ilk altılıq şanslarını saxlayan komanda yanarın 16-dan məşqləri intensivləşdirib.
Belə ki, komanda artıq gündə 2 məşq keçir. Səhər çalışmaları fiziki, axsam məşqləri isə texniki-taktiki yöndə aparılır. Zədəlilərlə bağlı heç bir problem olmadığından məşqdə hamı iştirak edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda yeni transferlər - Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov xüsusi fəallıq göstərir.
Ümumiyyətlə, Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan komandada əhval-ruhiyyə çox yüksəkdi. Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə yetirən futbolçular hazırlıq matçlarının olduğu günlərdən başqa, hər gün 2 dəfə "Bayıl Arena”da məşq edəcək.
Xatırladaq ki, komanda fevralın 9-da "Turan”la keçiriləcək Premyer Liqa oyununa qədər ən azı 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
