18 yanvar 2013 01:18
Akjayikin baş məşqçisi: Biz ona görə qələbə qazandıq ki, müdafiədə yaxşı oynadıq
Qazaxıstanın “Akjayik” klubunun baş məşqçisi Vladimir Qolimak Türkiyənin Antalya toplanışı çərçivəsində “Simurq”a qarşı keçirdikləri sınaq matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Maraqlı oyun alındı. Şadam ki, qələbə qazandıq. Biz bu oyunda bəzi futbolçuları sınaqdan keçirdik. Düşünürəm ki, sizin məşqçiniz də lazımı qeydlər etdi. Biz qələbə qazanmağı bacardıq. Çünki müdafiədə yaxşı oynadıq”.