18 yanvar 2013 01:49

Qəbələ Antalyaspora məğlub oldu (FOTOLAR)

Antalyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Antalyaspor"un U-18 komandası ilə qarşılaşan “qırmızı-qaralar” 2:5 hesabilə məğlub olub. 
 
Matça sürətli başlayan "Qəbələ" ilk 20 dəqiqədə bir neçə fərqlənmək imkanı yaxalasa da, şansları boşa verib. Əvəzində rəqib ilk yarı ərzində yaratdığı təhlükəli vəziyyətlərin demək olar ki tamamını dəyərləndirib və birinci hissə 4:0 hesabilə yekunlaşıb.
 
İkinci hissə fərqli ssenaridə davam edib. Meydançanın bütün xətlərində üstünlüyü ələ keçirən "Qəbələ" ardıcıl iki dəfə fərqlənməyi bacarıb. Coşqun Süleymanov və Emin Zamanov hesab arasındakı fərqi ikiyə endirib. Final fitinə kimi üstünlüyü əldən verməyən “qırmızı-qaralar” daha bir neçə qol şansı yaxalasalar da, hücumları müsbət sonluqla tamamlaya bilməyiblər. Sona 5 dəqiqə qalmış "Antalyaspor" daha bir dəfə "Qəbələ"nin qapısına yol tapıb və matç 5:2 hesabilə sona çatıb. 
"Qəbələ" növbəti yoxlama oyununu yanvarın 19-da keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.