18 yanvar 2013 01:54
Kəpəzin ilk rəqibi bəlli oldu
Hazırlığını Bakıda davam etdirən "Kəpəz" təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq komandanın ilk rəqibi məlumdu.
Bu, aşağı liqa təmsilçisi "Qaradağ Lökbatan"dı. Birinci divizionun lideri ilə görüş yanvarın 19-na təyin olunub.
Yoldaşlıq oyunu "Dalğa Arena"da keçiriləcək. Matç saat 14:00-da başlayacaq.
