17 yanvar 2013 13:55
Bakının Dinamo ilə oyunu baş tutmayacaq
“Bakı” Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının birindən imtina edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın Almaniya “Dinamo”su (Drezden) ilə görüşü baş tutmayacaq.
Qeyd edək ki, qarşılaşmanın yanvarın 21-də keçirilməsi nəzərdə tutulmuşdu. İndi “Bakı” Almaniya klubunun əvəzində özünə yeni rəqib axtarır.
