18 yanvar 2013 15:42
İnterin Rusiya klubu matçı baş tutmadı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ikinci sınaq matçını keçirməliydi. Azerisport.az xəbər verir ki, “bankirlər”in bu dəfəki rəqibi Rusiyanın “Amkar” klubu olacaqdı.
Lakin bu görüş təxirə salınıb. Buna Antalyadakı kəskin hava şəraiti səbəb olub. Belə ki, səhər saatlarından başlayan güclü leysan qarşılaşmanın keçirilməsinə mane olub. Nəticədə, tərəflər meydana çıxmamağa qərar veriblər.
Xatırladaq ki, "İnter" Antalyadakı ilk sınaq matçını dünən Almaniyanın “Aalen” klubuna qarşı keçirmişdi və 1:1 hesablı bərabərliyə razılaşmışdı.
