17 yanvar 2013 14:26
Bakı Bolqarıstan klubu ilə matça hazırlaşır
Antalyada təlim-məşq toplantısı keçirən "Bakı" hazırlıqların 3-cü gününü 2 məşqlə davam etdirir. Azerisport.az xəbər verir ki, dünən səhər fitnes zalında, axşam is yaşıl meydanda çalışan futbolçular bu gün daha 2 məşq keçirəcəklər.
Bu arada komanda ilk yoldaşlıq oyununa hazırlaşır. "Bakı" yanvar ayının 19-da ilk yoxlama oyununa çıxacaq. Həmin gün komandanın rəqibi Bolqarıstan yüksək liqa təmsilçisi "Etır" (Veliko-Tırnovo) klub olacaq. "Etır" Bolqarıstan çempionatının ilk dövrəsində sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşır. Komanda ilk dövrənin nəticələrinə əsasə, 15 oyundan 8 xal toplayıb.
Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
