17 yanvar 2013 15:34
Qarabağın Uralla oyunu saat 19:00-da başlayacaq
“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, ağdamlıların yanvarın 19-dakı ilk rəqibi “Ural” olacaq. A
rtıq Rusiya təmsilçisi ilə oyunun başlama saatı da dəqiqləşib. Oyun Ağdam klubunun məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutacaq. Görüşün başlama saatı yerli vaxtla 17:00-na təyin olunub.
