17 yanvar 2013 00:53

Çixradze: Həmkarlarımın dediklərinə diqqət yetirmirəm

“Simurq”un baş məşqçisi Georgi Çixradze azerisport.az saytına müsahibəsində komandasının mövsümün qalan hissəsinə hazırlıqlarını dəyərlənidirib.
 
- Qazaxıstan “Akjaik”i ilə oyuna hazırlıqlar necə gedir?
- Artıq beş gündü hazırlıqlarımız davam edir. Futbolçular kifayət qədər intensiv məşq edirlər. Hazırlıqlarımızın konkret bu oyunla bağlı olduğunu deməzdim. Biz bütövlükdə mövsümün qalan hissəsinə hazır olmağa çalışırıq.
 
- Bəxtiyar Soltanovdan başqa transferlər haqda nə yeni xəbər var?
- Biz əvəzedici heyətdən də perspektivli futbolçuları əsas komandaya cəlb etmişik. Həmçinin üç əcnəbi futbolçunu sınaqdan keçiririk. Bizə hücumçu və mərkəz yarımmüdafiəçisi lazımdı. Heyəti gücləndirməyimiz çox vacibdi. Çünki bizi qarşıda daha çətin oyunlar gözləyir.
 
- “Simurq”un liderlər arasında yer alması sizi təəccübləndirmir?
- “Simurq” hələ ilk altılıqdakı yerini təmin etməyib. Mən çempionluğa oynayacağımızı iddia etmirəm. Bir qədər obyektiv olmaq lazımdı. Komandamız hələ yenidi.
 
- Yoldaşlıq oyunu keçirəcəyiniz rəqiblərinizi necə qiymətləndirirsiz? Daha güclü rəqiblər seçmək olardımı?
- Düzünü deyim ki, sınaq matçlarında rəqibləri öncədən qiymətləndirmək olmur. Məsələn, güclü klublarla oyunda tamamilə zəif çıxış görə bilərsən. Yaxud, zəif klubla üz-üzə gəlib, güclü müqavimətlə üzləşirsən. Bizim əsas məqsədimiz isə sadəcə öz oyunçularımızı sınamaqdı.

 
- “Neftçi” ilə qonşuluğunuz necə keçir?
- Normal. Yeri gəlmişkən, bir gün sonra biz başqa otelə köçəcəyik.
 
- Niyə?
- Uzun müddət bir yerdə qalmaq psixoloji cəhətdən çətindi.
 
- Hərdən “Neftçi”dəki həmkarınız Böyükağa Hacıyev “Simurq”u tənqid edir. O, belə hesab edir ki, komandanız “İnter”lə danışılmış oyunlara gedir...
- Mən həmkarlarımın dediklərinə diqqət yetirməməyə çalışıram. Biz hamımız eyni işi görürük. “Simurq” və “İnter”lə bağlı söhbətlər çoxdan var. Bu söhbətlər hələ mən “İnter”də işləyəndə də var idi. Bu mövsüm ilk dəfə bu komandanı çempionatda məğlub etdik. Amma yenə də həmin söhbətlər səngimədi. Yenə də qeyd edirəm ki, bütün bu söhbətlərə diqqət yetirmirəm. Məni ancaq komandamın çıxışı maraqlandırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.