17 yanvar 2013 16:09
Trabzonspor: Sumqayıtın oyunçularını ikinci komandamıza dəvət etmişik
Türkiyənin “Trabzonspor” klubunun uşaq-gənclər futbol məktəbinin koordinatoru Özkan Sümer “Sumqayıt”ın üç futbolçusunu baxışa çağırmalarını şərh edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov daha öncə də klubumuzun seleksinerlərindən Giray Bulak və Orxan Çıkrıkçı tərəfindən izlənilib. Əlimizdəki məlumatlara əsasən onları sınamaq üçün Trabzona dəvət etmişik. Oyunçuların 1995 təvəllüdlü olduğunu nəzərə alaraq, onları “Trabzonspor”un A2 komandasında sınamağa çalışacağıq”.

Qeyd edək ki, Orxan Əliyev və Ruslan Nəsirli hücumçu, Şamil Camaləddinov isə orta sahə oyunçusudu. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə mətbuatı Nəsirlini “Azeri Pato” adı ilə təqdim edib.
Sonda futbolçularımızın yanvarın 22-dən 29-dək Trabzonda baxışda olduğunu da qeyd edək.