17 yanvar 2013 03:15
Xəzər Lənkəran qapıçısını tapdı
"Xəzər Lənkəran" ötən gün komandanın düşərgəsinə baxışa gələn xorvatiyalı qapıçı İvan Çoviçlə iki illik müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.
Dünən komandanın axşam məşqi zamanı xorvatiyalı qolkiper özünü ən yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun rəğbətini qazanıb.
