17 yanvar 2013 03:26
Xəzər Lənkəran Antalyada ilk oyununu keçirdi (FOTO)
“Xəzər Lənkəran” Antalya hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan axşam məşqində “ağ-yaşıllar” iki komandaya bölünərək bir-birinə qarşı oyun keçirib.
Maraqlı məqam ondan ibarətdi ki, bu oyunda baxışda olan xorvat qapıçı İvan Çoviç öz bacarığını göstərməyi bacarıb. Kifayət qədər etibarlı oyunu ilə o, məşqçi korpusunun rəğbətini qazanıb. Təsadüfi deyil ki, məhz bundan sonra Xorvatiyanın “Hrvatski Dragovoljac” klubunun sabiq kapitanı ilə dərhal müqavilə imzalanıb.
