17 yanvar 2013 03:34
İnter Almaniya klubu ilə duelə hazırdı (FOTOLAR)
Xəbər verildiyi kimi, "İnter" təlim-məşq toplanışını Türkiyədə keçirir. Azerisport.az xəbər verir ki, toplanışın 6-cı günündə də “bankirlər” plana uyğun olaraq, gün ərzində iki dəfə məşq edib.
Xatırladaq ki, "İnter" bu gün toplanış çərçivəsində ilk yoxlama matçını keçirəcək. Rəqib Almaniyanın “Aalen” klubu olacaq. Oyun "İC Santai" otelinin stadionunda baş tutacaq. Matç yerli vaxtda saat 15:00-da başlayacaq.
