18 yanvar 2013 17:36
Ruslan Abışov Rubində bu gün debüt edə bilməyəcək
Bu gün Rusiyanın “Rubin” klubu Türkiyədə həyata keçirdiyi təlim-məşq toplanışı çərçivəsində Donetsk “Metallurg”u ilə sınaq matçına çıxmalıydı. Lakin azerisport.az xəbər verir ki, Antalyadakı kəskin hava şəraiti bu qarşılaşmanın da təxirə salınmasına səbəb olub.
Qeyd edək ki, “Rubin” hazırda futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışovu sınaqdan keçirir. Onun bu görüşdə iştirakı gözlənilsə də, göründüyü kimi hava şəraifi futbolçumuzun debütünü əngəlləyib. Abışovun taleyinə yaxın günlərdə aydınlıq gəlməlidi.
