18 yanvar 2013 17:27

Pərdis Fərcad-Azad: İki-üç yerli klub mənimlə maraqlanır

“Sumqayıt”ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad azerisport.az saytına müsahibəsində aldığı təkliflərdən, Uğur Pamukun “Xəzər Lənkəran”a gedişindən, eləcə də Azərbaycan yığmasına çağırılmasından danışıb.
 
- Təxminən bir aylıq istirahətdən sonra məşqlərə başlamaq çətin olmadı ki?
- Asan olduğunu deməzdim. Amma çətin də deyil. Axı biz istirahət zamanı da formamızı qorumağa çalışırıq.
 
- Komandanı artıq Ceyhun Sultanov və Uğur Pamuk kimi aparıcı futbolçular tərk ediblər. Sizin də “Sumqayıt”dan gedəcəyiniz gözlənilir...
- Mənim “Sumqayıt”la ilyarımlıq müaviləm var. Etiraf edim ki, mənimlə maraqlanan klublar var idi. Amma onların konkret hansı klublar olduğunu bilmirəm. İstənilən halda harasa getməli olsam, ilk növbədə klub prezidenti ilə danışmalıyam. Əgər klub rəhbərliyi razılıq versə, transferim tamamilə mümkündü. Lakin məni almaq istəyən klub da “Sumqayıt”a kompensasiya ödəməlidi.
 
- Sizinlə yalnız Azərbaycan klubları maraqlanır?
- Hazırda bəli, yalnız yerli klublardı. İki-üç klubdan təkliflər var idi.

- Özünüzü başqa komandada sınamaqda maraqlısız?
- Əlbəttə, hər bir futbolçu daha böyük klublarda top qovmaq istəyir. Lakin indiki komandamdan da çox razı olduğumu deməliyəm. “Sumqayıt”da məni hər şey qane edir.
 
- Sultanovla Pamukun gedişi komandanın çıxışınanə dərəcədə təsir göstərəcək?
- Onların hər ikisi güclü futbolçulardı. Mən Uğurla meydanda yaxşı anlaşırdım. Bir-birimizi çox yaxşı başa düşürdük. Lakin hər şeyə rəğmən, şadam ki, o, “Xəzər Lənkəran”a keçdi. Bu, onun seçimidi.
 
- Sizin digər gənc futbolçunuz Orxan Əliyevlə xarici klublar çox maraqlanırlar. Onu öncə “Porto” heyətinə qatmaq istəyirdi, indi də “Trabzonspor”dan təklif alıb...
- Orxan çox yaxşı oyunçudu. Amma o, hələ çox gəncdi. Ola bilər ki, onun transferi yenə baş tutmasın. Lakin bunu neqativ hal kimi qiymətləndirmək olmaz. Onun cəmi 17 yaşı var. Hələ hər şey qarşıdadı.
 
- Komandanıza ilk altılığa vəsiqə qazanmaq üçün nə dərəcədə güclənmək lazımdı?
- Bizim həqiqətən də ilk altılığa düşmək üçün yaxşı şansımız var. Amma bunun üçün mütləq güclənməyimiz lazımdı. Fikrimcə, xüsusilə hücumçu almağımıza ehtiyac var.
 
- Azərbaycan yığmasının Dubay toplanışında siz də iştirak edəcəksiz...
- Berti Foqts mənimlə əlaqə saxladı və bildirdi ki, xoşuna gəlmişəm. O, məni növbəti toplanışlara da dəvət edəcəyini bildirmişdi. Mən də bildirdim ki, heç bir problem yoxdu. Nə cavab verə bilərdim ki? (gülür). Əgər baş məşqçi mənə Özbəkistan və Lüksemburqla oyunlarda şans versə, əlimdən gələni maksimum etməyə çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.