18 yanvar 2013 17:57
Qarabağ hazırlıqlarını davam etdirir
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, hazırlığın 8-ci günündə planda 2 məşq olsa da, həlilik ilk məşq baş tutub.
Dünənki hərarətli havadan fərqli olaraq, Aralıq dənizi sahillərində yenidən yağışlı-küləkli hava şəraiti başlayıb. Buna baxmayaraq komandanın 11-dəki çalışması baş tutub. Ayağında müəyyən ağrı olan Muarem Muarem fitnes zalında çalışıb. “Qarabağ”ın məşqi 90 dəqiqə davam edib. Fiziki yükləmələrin ardından mini futbolla çalışma başa çatıb.
“Qarabağ”ın 2-ci çalışmasının qeyd etdiyimiz hava şəraiti səbəbindən baş tutması qeyri-müəyyəndi. Yağış dayanmasa, ağdamlılar trenajor zalından yararlanacaqlar.
