18 yanvar 2013 19:30
Qəbələdən Rumıniya millisinin üzvünə müqavilə təklifi
“Qəbələ” rumıniyalı müdafiəçi Kristian Pulhakla müqavilə bağlayır. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər 2,5 illik müqavilə ilə bağlı razılığa gəliblər. Pulhakın illik gəliri isə 180 min avro olacaq.
Qeyd edək ki, 1984-cü ildə anadan olan Pulhak peşəkar karyerasına məhz 2002-ci ildə “Dinamo”da başlayıb. O, indiyə qədər bu klubda 170 oyuna çıxıb və 3 dəfə rəqib qapılarına yol tapmağı da bacarıb. Amma müdafiəçi 2002-03 mövsümündə “Poiana Campina”da (13 oyun), 2003-04 mövsümündə “Sportul Studenţesc” klubunda (11 oyun), eləcə də 2010-11 mövsümündə İspaniyanın “Hercules” klubunda icarə əsasında oynamağa da imkan tapıb.
2004-2006-cı illər aralığında Rumıniyanın U-21 yığmasında 6 oyun keçirib, 1 qol vuran Pulhak ölkəsinin əsas millisində də 3 oyuna çıxıb.
