18 yanvar 2013 20:12
Qarabağ Levantenin forvardını sınayır
“Qarabağ” baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu ispaniyalı Manuel Bleda Rodriqesi sınayır.
Hazırda komandanın Antalya toplanışında iştirak edən 22 yaşlı futbolçunun taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək. Baş məşqçi Qurban Qurbanov tərəfindən bəyəniləcəyi halda, Rodriqeslə müqavilə imzalanacaq.
Qeyd edək ki, Rodriqes “Castellon”un yetirməsidi. Hazırda isə o, “Levante”nin B komandasında yer alır.
