19 yanvar 2013 00:11
Xəzər Lənkəranda baxışda olan futbolçularla bağlı bu gün qərar veriləcək
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırda Antalya hazırlıqları çərçivəsində bəzi yeni futbolçuları da sınaqdan keçirir. Azerisport.az xəbər verir ki, onlardan belaruslu müdafiəçi İvan Deniseviç və ispaniyalı müdafiəçi Alvaro Silvanın aqibətinə artıq bu gün aydınlıq gələ bilər.
Belə ki, “ağ-yaşıllar” bu gün Antalya hazırlıqları çərçivəsində ilk sınaq matçına çıxacaq. Cənublular Qazaxıstanın "Jetisu" klubu ilə üz-üzə gələcəklər.
Deniseviçlə Silvanın da bu görüşdə meydana çıxması gözlənilir. Bunu baş məşqçi Karles Bakes də təsdiqləyib. İspaniyalı mütəxəssis yalnız bu oyundan sonra baxışda olan futbolçular barədə qərarını açıqlayacaq.
