18 yanvar 2013 11:17
Bəxtiyar Soltanov: Özüm günahkaram
“Simurq”un yeni transferi Bəxtiyar Soltanov azerisport.az saytına müsahibəsində Zaqatala klubuna keçidindən, bu komandadakı ilk oyunundan danışıb.
- Yeni komandanızda debüt etdiniz. Öz oyununuzdan razı qaldınız?
- Fikrimcə, pis oynamadım. Qol vəziyyətləri olsa da, fərqlənə bilmədim. Təəssüf ki, heç nədən uduzduq. Halbuki, oyunun böyük hissəsində topa biz nəzarət edirdik və qələbə qazana bilərdik.
- Fikrimcə, pis oynamadım. Qol vəziyyətləri olsa da, fərqlənə bilmədim. Təəssüf ki, heç nədən uduzduq. Halbuki, oyunun böyük hissəsində topa biz nəzarət edirdik və qələbə qazana bilərdik.
- Yeni komandanız haqda nə deyə bilərsiz?
- Məşqlərdə çox çalışıram. Yüklənmə çoxdu. Yerli futbolçularla artıq ortaq dil tapa bilmişik. Mənə elə gəlir ki, heç legionerlərlə də problem yoxdu (gülür).
- Məşqlərdə çox çalışıram. Yüklənmə çoxdu. Yerli futbolçularla artıq ortaq dil tapa bilmişik. Mənə elə gəlir ki, heç legionerlərlə də problem yoxdu (gülür).
- Axı siz rus dilini o qədər də yaxşı bilmirsiz...
- Bəli. Amma meydanda hamı üçün bir dil var – futbol dili. Ümid edirəm ki, yeni komandamda hər şey mənim üçün yaxşı alınacaq.
- “Simurq”dan başqa hansısa klublardan təklif almışdınız?
- Bəli. “Rəvan”da oynaya bilərdim. Amma mən “Simurq”u seçdim.
- Bəli. “Rəvan”da oynaya bilərdim. Amma mən “Simurq”u seçdim.
- “Qarabağ”da niyə möhkəmlənə bilmədiniz?
- “Qarabağ”da əsas heyət oyunçusu ola bilmədim. Bunun səbəbini bilmirəm. Hər halda özüm günahkaram.
- “Qarabağ”da əsas heyət oyunçusu ola bilmədim. Bunun səbəbini bilmirəm. Hər halda özüm günahkaram.
- “Bakı” və “Qarabağ” kimi iddialı klubların ardından autsayder “Kəpəz”ə keçsəz də, bu komandada da çıxışınızı alınmadı...
- “Kəpəz” ölkənin ən zəif klublarından hesab olunur. Amma mən orda da oynaya bilmədim. Bundan sonra hər şeyin yaxşı olacağını düşüünrəm. Əlbəttə, çox şey mənim özümdən asılıdı.
- Bəs yayda icarə müddətiniz başa çatanda hansı qərarı qəbul etməyi düşünürsüz? Yoxsa “Simurq”da qalmağı düşünürsüz?
- Niyə də yox? Mənim müqaviləmin müddəti yayda başa çatacaq. Seçimimi də o vaxt edəcəm. Maya qədər “Simurq”a faydalı olmaq istəyirəm. Komanda ikinci yerdə gedir, avrokuboklara düşməyə iddialıdı. Mən də bu yolda öz köməyimi əsirgəməməyə çalışacam.