19 yanvar 2013 20:45
Qarabağ Rusiya klubuna qalib gəldi (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların ilk rəqibi Rusiyanın “Ural” klubu olub.
Aşağı liqa klubu ilə qarşılaşma Antalyada baş tutub. Görüş komandamız üçün yaxşı başlayıb. Üç cavabsız qol vuran Ağdam klubu yalnız son dəqiqələrdə iki qol buraxıb. Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri qələbə qazanıblar.
Yoxlama oyunu
19 yanvar
QARABAĞ – URAL - 3:2 (1:0)
Qol: Qarayev, 28 (1:0), Toğrul Bilallı, 50 (2:0), Elvin Musazadə, 68 (3:0)
"Qarabağ" bu oyuna aşağıdakı heyətlə çıxıb: Vəliyev, Medvedev, Sadıqov, Teli, Aqolli, Qarayaev, Yusifov, Nadirov, İsmayılov, Almeyda, Cavadov.
