19 yanvar 2013 20:55
Xəzər Lənkəran Jetısu ilə sülh bağladı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın ilk rəqibi Qazaxıstanın “Jetısu” klubu olub.
Qarşılaşma Antalyada baş tutub. Görüş cənublular üçün yaxşı başlayıb. Amma "ağ-yaşıllar" hesabı açdıqları görüşdə qələbəni əldən veriblər.
Yoxlama oyunu
19 yanvar
XƏZƏR LƏNKƏRAN - JETISU - 1:1 (1:1)
Qol: A.Pit, 25 (1:0)
"Xəzər Lənkəran" oyuna bu heyətlə çıxıb: Sadıqlı, Skarduelli, Silva, Skarlatake, Allahverdiyev, Abdullayev, Əmirquliyev, Abdullazadə, Pamuk, Pit, Güləç.
