19 yanvar 2013 19:45
Bakı Bolqarıstan klubu ilə sülh bağladı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "Bakı" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın ilk rəqibi Bolqarıstan yüksək liqa təmsilçisi "Etır" (Veliko-Tırnovo) klub olub.
Qeyd edək ki, "Etır" Bolqarıstan çempionatının ilk dövrəsindən sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşır. “Bakı”nın rəqibi ilk dövrənin nəticələrinə əsasə, 15 oyundan 8 xal toplayıb.
Bu komanda ilə oyun "zolaqlılar" üçün yaxşı başlamayıb. Amma ilk yarının sonlarında Nurlan Novruzov hesabı bərabərləşdirib. Beləcə, qarşılaşma sülhlə başa çatıb.
Yoxlama oyunu
19 yanvar
BAKI – ETIR - 1:1 (1:1)
Qol: Novruzov, 45.
"Bakı" bu oyuna aşağıdakı heyətlə çıxıb: Nuredinoski, Karqbo, İvanov, Manafov, Stukalov, E.Əliyev, Junior, Şoliç, Məmmədov, Quliyev, Novruzov.
İkinci hissədə isə Bandoviç fərqli heyətə üstünlük verib.
