18 yanvar 2013 12:04
İsayevin Türkiyədəki debütü boş tribunalar qarşısında gerçəkləşə bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevin Türkiyədəki debütü boş tribunalar qarşısında gerçəkləşəcək. Azerisport.az xəbər verir ki, buna Türkiyə Futbol Federasiyasının PTT Birinci Liqada çıxış edən “1461 Trabzon” klubunu cəzalandırması səbəb olub.
Sözügedən komandanın azarkeşləri “Fenerbahçe” ilə kubok oyununda xoşagəlməz olaylara səbəb olmuşdular. Bu üzdən də TFF klubu növbəti oyunlarını azarkeşsiz keçirməklə cəzalandırıb.
Qeyd edək ki, “1461 Trabzon” növbəti turda “Denizlispor”u qəbul edəcək. Dənizli klubunda Arif İsayevlə yanaşı Rail Məlikov da çıxış edir.
