18 yanvar 2013 12:11
Rail Məlikovla Arif İsayev problemlə üzləşdi
Türkiyənin “Denizlispor” klubu problemlə üzləşib. Azerisport.az xəbər verir ki, Dənizli klubu bu gün Trabzona yollanmalı olsa da, əlverişsiz hava şəraiti buna çətinlik yaradır.
Belə ki, məhz bu səbəbdən təyyarə heç cür Dənizliyə eniş edə bilmir. Klub rəhbərliyinin bu problemdən necə çıxış yolu tapacağı hələlik bilinmir.
Qeyd edək ki, həftəsonu “Denizlispor” PTT Birinci Liqanın növbəti turu çərçivəsində “1461 Trabzon”un qonağı olacaq. Bu komandanın heyətində iki həmyerlimiz – Arif İsayevlə Rail Məlikov da çıxış edir.
