19 yanvar 2013 21:00
AZAL Volınla oyundan məğlub ayrıldı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in ilk rəqibi Ukraynanın “Volın” klubu olub.
Qeyd edək ki, “Volın”ı vaxtilə “Neftçi”də işləmiş Anatoli Demyanenko çalışdırır. Qarşılaşma Antalyada baş tutub. "Təyyarəçilər" oyunu məğlub başa vurublar.
Yoxlama oyunu
19 yanvar
AZAL - VOLIN - 1:3 (0:2)
Qol: Elşən Məmmədov, 87 (1:3)
AZAL bu oyuna aşağıdakı heyətlə çıxıb: Məcidov, Yunisoğlu, Arsenyeviç, Klyava, Fransisko, Aylton, İbekoyi, Tağıyev, Benuahi, Həsənov, Nildo.
