18 yanvar 2013 12:36
Cihan Özkara Azərbaycan klubuna keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyənin “Erciyesspor” klubundan rəsmən ayrılıb. Azerisport.az xəbər verir ki, tərəflərin hələ yarım illik müqavilələri olsa da, yollarını ayırmağa qərar veriblər.
Vaxtilə çıxış etdiyi “Sivasspor”a qayıdan Cihanın bundan sonra karyerasını harda davam etdirəcəyi hələ tam dəqiqləşməyib. Mümkündü ki, o, Azərbaycan klubuna keçsin. Lakin bu informasiya hələlik təsdiqlənməyib.
