18 yanvar 2013 12:44
AFFA-nın baş katibi FIFA-nın Təşkilat Komitəsində təyinat aldı
AFFA-nın baş katibi Elxan Məmmədov FIFA U-17 qadınlararası dünya çempionatının FIFA Təşkilat Komitəsinin daimi üzvü vəzifəsinə təyin edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xatırladaq ki, buna qədər Elxan Məmmədov qeyd olunan komitədə xüsusi müşavir vəzifəsində çalışırdı.
