19 yanvar 2013 01:06
Karles Bakes: Berti Foqtsu başa düşürəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından danışıb, çempionluq şanslarını dəyərləndirib.
- Qazaxıstanın “Jetısu” klubu ilə oyuna nə dərəcədə hazırsız?
- Biz bu oyunda baxışda olan yeni futbolçuları sınamaq istəyirik. Bunlar ispaniyalı Alvaro Silva və belaruslu İvan Deniseviçdi. Bu, adi sınaq matçıdı.
- Biz bu oyunda baxışda olan yeni futbolçuları sınamaq istəyirik. Bunlar ispaniyalı Alvaro Silva və belaruslu İvan Deniseviçdi. Bu, adi sınaq matçıdı.
- Belarusda belə hesab edirlər ki, artıq XL Deniseviçlə müqavilə bağlayıb...
- Bu, belə deyil. O, hələ baxışdadı.
- Əgər sirr deyilsə, neçə futbolçu almağı planlaşdırırsız?
- Daha 4-5 futbolçu almaq istəyirik. Qapıçı almağımız yaxşı oldu. Artıq üç qapıçımız var. Daha bir qapıçımız Tərlan Qasımzadə Lənkəranda qalıb.
- Daha 4-5 futbolçu almaq istəyirik. Qapıçı almağımız yaxşı oldu. Artıq üç qapıçımız var. Daha bir qapıçımız Tərlan Qasımzadə Lənkəranda qalıb.
- Futbolçularınızın hamısı toplanışa qatılmayıb?
- Xeyr. Məsələn, Radomir Todorov əməliyyat olunub. Sadio Tounkara Mali yığmasına dəvət alıb. Kazım Kazımlı da Lənkəranda qalıb.
- Seçilən sınaqçı-rəqiblərin səviyyəsi sizi qane edir?
- Bəli. Rəqiblərimizin səviyyəsi normaldı. Biz onları sadəcə yeni futbolçuları yoxlamaq üçün seçməmişik. Ona görə seçmişik ki, komandamız “İnter”lə oyuna qədər hazır olsun.
- Bəli. Rəqiblərimizin səviyyəsi normaldı. Biz onları sadəcə yeni futbolçuları yoxlamaq üçün seçməmişik. Ona görə seçmişik ki, komandamız “İnter”lə oyuna qədər hazır olsun.
- Söhbət çempionatdan düşmüşkən, qalan oyunlarınız arasında hansını daha çətin hesab edirsiz?
- Hazırda bütün diqqətimiz “İnter”lə matça yönəlib. Daha sonra isə “Turan” və digər oyunları düşünməyə başlayacağıq. Biz hər oyuna xüsusi hazırlaşırıq.
- Hazırda bütün diqqətimiz “İnter”lə matça yönəlib. Daha sonra isə “Turan” və digər oyunları düşünməyə başlayacağıq. Biz hər oyuna xüsusi hazırlaşırıq.
- Çoxları belə düşünür ki, bu mövsüm çempionluq mübarizəsi üç klub arasında keçəcək: “Neftçi”, “Qarabağ” və “İnter”...
- Hazırda komandam lider “İnter”dən 10 xal geri qalır. Qarşıda bu komanda ilə üç oyunumz var. Bütün bu oyunları udsaq, demək olar ki, onlara çatacağıq. Bir sözlə hər şey komandamdan asılıdı.
- Sizcə, “Xəzər Lənkəran” çempion ola biləcək?
- Bəli, biz birinci ola bilərik.
- Bəli, biz birinci ola bilərik.
- “Xəzər Lənkəran”a gələndən bəri Azərbaycan futboluna hansı müsbət və mənfi cəhətləri aşkarlaya bilmisiz?
- Çempionatınız inkişaf edir. Bu, yaxşı əlamətdi. Sizdə böhran da yoxdu. Hansı ki, İspaniya klublarına böhran çox ciddi təsir göstərməkdədi. Yalnız “Barcelona”, “Real” və “Atletico” istisna təşkil edir. Pis olan isə yerli futbolçularınızın az olmasıdı.

- Yanvarın sonunda yığmaya komandanızdan iki futbolçu çağırılıb – Rahid Əmirquliyev və Ruslan Abışov. Bu, planlarınıza təsir göstərməyəcək?
- Əlbəttə, bütün futbolçularımızın toplanışın sonuna qədər bir yerdə olması daha yaxşı olardı. Amma mən Berti Foqtsu da başa düşürəm. O da yığmanın qarşıdakı oyunlarını düşünür.