18 yanvar 2013 13:17
UEFA-dan hakimlərimizə yeni təyinatlar
FIFA referisi Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. Azerisport.az xəbər verir ki, Rəhim Həsənov Macarıstanda təşkil olunacaq 3-cü, Əliyar Ağayev isə Almaniyada keçiriləcək 4-cü qrupun oyunlarında meydana çıxacaqlar.
Bundan əlavə, Rəhim Həsənova elit-raund oyunlarında FIFA referi köməkçisi Yaşar Abbasov, Əliyar Ağayevə isə Mehman Mahmudov kömək edəcəklər. Hər iki qrupun oyunları martın 25-dən aprelin 1-dək olan müddətdə keçiriləcək.
3-cü qrupda Macarıstan, İsveç, Finlandiya və Belarus, 4-cü qrupda isə Almaniya, Ukrayna, Bolqarıstan və Estoniya yığmaları mübarizə aparacaqlar.
