19 yanvar 2013 01:18
AZAL Türkmənistan millisinin üzvünü baxışdan keçirir
AZAL Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu Antalya toplanışı çərçivəsində yeni futbolçuları da sınayır.
Onlardan biri də Umidcan Astanovdu. Türkmənistanlı futbolçunun cəmi 20 yaşı var. O, ölkəsinin yığma komandasında da çıxış edir.
Baş məşqçi Vaqif Sadıqov Astanovu bu gün keçiriləcək Ukraynanın “Volın” klubu ilə qarşılaşmada sınaqdan keçirəcək.
