19 yanvar 2013 01:22
Qurban Qurbanov: Millinin baş məşqçisi olmaq haqda düşünmürəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan yığmasını çalışdırmaq şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bir neçə il öncə AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, mən hələ gəncəm və kifayət qədər təcrübəm yoxdu. Mən bu insanı yaxşı tanıyıram. Onunla birgə işləmişik. Fikrimcə, Abdullayevin buna haqqı vardı. Kim bilir, bəlkə də başqa namizədi var idi? Mən indi yenidən bu məsələyə qayıtmaq, təcrübəmdən danışmaq istəmirəm. Ümumiyyətlə, bu postu tutmaq barədə düşünmürəm”.