18 yanvar 2013 13:38

“Bu yaşda olan insanın belə məsələlərdə ittiham edilməsi mənə gülməli gəlir”

“İnter”in Uşaq Gənclər Futbol Məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin müsahibəsində görülmüş işlərdən danışıb, ünvanına deyilən xoşagəlməyən ifadələri şərh edib və Premyer Liqanın ilk hissəsini qiymətləndirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Ötən həftə baş tutan söhbətimizdə “İnter” UGFM-nin inkişaf layihəsi barədə ətraflı məlumat vermişdiniz. O vaxtdan çox müddət keçib. Planlaşdırdıqlarınızı nə dərəcədə həyata keçirməyə müvəffəq oldunuz?
- Deyim ki, futbolu faizlərlə qiymətləndirmək çox çətindi. Bunun da subyektiv və obyektiv səbəbləri var. Amma əminliklə demək olar ki, hazırda biz xeyli yaxşıyıq və dünənlə müqayisədə daha güclüyük. Bunu bütün planlarda, həm məşqçi heyətinin işində, həm də uşaqların işə münasibətində görmək olar və əsas odur ki, rəhbərlik fəaliyyətimizə başqa bucaq altında qiymətləndirir. Əgər əvvəllər bizə ancaq özünə çalışan bölmə kimi baxırdılarsa, bu gün isə biz özümüzü “İnter” adlı aqreqatın əsas mexanizmlərindən biri hiss edirik. Bizim qarşısımıza nəticələri müəyyən müddətdən sonra görünəcək böyük tapşırıqlar qoyulur.
 
- Son zamanlar “İnter” UGFM-nin və sizin ünvanınıza kifayət qədər xoşagəlməz məlumatlar yayılmaqdadı...
- Bu yaşda olan insanın belə məsələlərdə ittiham edilməsi mənə gülməli gəlir. Mən bu işin bütün ideyalarının yaradıcısıyam və oturduğun budağı kəsməyə haqqım yoxdu. Böyük adamlar mənə böyük iş tapşırıblar və mənə etimad göstərən insanları pis vəziyyətdə qoymağa haqqım yoxdu. Mən belə tərbiyə olunmuşam.Yaranmış bu “siçan səs-küyündə” kiminsə marağı var. Mən belə bəyanatlara fikir vermirəm, onları şərh etmirəm. Mənə gülməli gəlir, məni nədə günahlandırırlar. Mən bu illər ərzində futbolda çalışmış ən pis adam deyiləm. Buna görə də, bütün günahları mənim üstümə atmaq lazım deyil. Ümumiyyətlə, “İnter” UGFM-nin fəaliyyərində buraxılmış səhvlər barədə və nizam-intizam olmadığı haqda necə danışmaq olar ki, bizim nəticələrimiz deyilənlərə ziddiyyət təşkil edir? Bu sözlər qeyri-ciddidi və həqiqətə əks etdirmir. Məşqçilik kateqoriyasını iki cəhddə ala bilməyən şəxsin bizi qeyri-peşakarlıqda ittiham etməsi simalarda təbəssüm doğurmaya bilməz.
 
- Yəqin Premyer Liqanı izləyirsiniz. Mövsümün ilk hissəsi sizdə hansı təəsüratı buraxdı?
- Demək istərdim ki, Premyer Liqada çıxış edən komandalardan fərqli olaraq güclü tərəf məhz “İnter”də müşahidə olunur. Bizim komanda digər komandalardan daha fərqli oyun sərgiləyir. “İnter” öz oynunu, öz simasını göstərir. Bu da nəticəsini verir - komanda həmişə yuxarıda qərar tutur. Qalan komandalar aşağı-yuxarı yer dəyişirlər. Sonra məşqçilərin tez-tez dəyişdirilməsi komandaya normal fəaliyyət göstərməyə mane olur. Tutaq ki, hər hansı bir məşqçi istədiyi furbolçuları topladı və öz oyununu yaratmağa ümid etdi. Beş aydan sonra onu vəzifəsindən götürdülər və onun yerinə sələfinin komandaya gətirdiyi futbolçularla işləməyə məcbur olacaq başqa məşqçi gətirdilər. Bu məşqçi də öz konsepsiyası, futbol anlayışıyla fəaliyyətə başlayacaq. Buna görə də, yeni məşqçi əziyyət çəmkəyə başlayır, o, kluba bir neçə futbolçu cəlb edir, beş aydan sonrasa onu vəzifəsindən uzaqlaşdırırlar. Bundan sonra yeni məşqçi təyin edilir və o, birinci və ikinci məşqçilərdən qalmış futbolçuların şəxsində artıq yüklə işləməyə məcbur olur. Bax o da belə əziyyət çəkməyə başlayır. Hadisələrin belə inkişafı komandaya ancaq zərər verir.
 
Ümumilikdə, qeyd etməyə bilmərəm ki, Premyer Liqada futbol çox dolğunlaşıb, çox rəqabətqabiliyyətli olub. Ötən mövsümlə müqayisədə indiki turnir cədvəli daha sıx görünür. Bütün komandalar, “Kəpəz” istisna olmaqla, kifayət qədər rəqabətqabiliyyətlidir və onlar nəinki evdə, hətta səfər oyunlarında da sürpriz edə bilərlər. Bu da çempionata marağı artırır. Hər dəfə meydana çıxanda məşqçilər oyunla bağlı yeni planlar üzərində düşünməyə məcbur olurlar. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.