19 yanvar 2013 01:30
İnter Rəvana uduzdu (VİDEO)
“Şəfa” stadionunda təlim-məşq toplanışı keçirən “İnter”in əvəzedici heyəti bu gün ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, “Rəvan”ın əvəzedici heyətilə qarşılaşmanın yanvar ayının 20-də keçirilməsi planlaşdırılmışdı.
Lakin sonradan oyunun taixi dəyişdirilib. “Şəfa” stadionunda baş tutan matç 2:1 hesabıyla “Rəvan”nın xeyrinə başa çatıb.
Xatırladaq ki, Tofiq Mustafayevin yetirmələri toplanış çərçivəsində növbəti matçını yanvar ayının 24-də keçirəcək. Bu qarşılaşmada komandanın rəqibi “Kəpəz”in əsas heyəti olacaq.
