18 yanvar 2013 14:09
İnterin Amkarla oyunu baş tutmaya bilər
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün Rusiyanın “Amkar” klubu ilə qarşılaşmalı olan “İnter”in oyunu təxirə salına bilər. Azerisport.az xəbər verir ki, bu gün səhərdən başlayaraq Antalyada güclü yağış yağır.
Bu üzdən sözügedən qarşılaşmanın baş tutmaması ehtimalı yüksəkdi.
