18 yanvar 2013 14:25
Xəzər Lənkəran kamerunlu futbolçunun yolunu gözləyir
“Xəzər Lənkəran” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubu hazırlıqlarla yanaşı yeni futbolçuları da sınaqdan keçirir.
Hazırda lənkəranlıların düşərgəsində bir neçə futbolçu baxışdadı. “Ağ-yaşıllar” indi də Kamerundan yeni legionerin gəlməsini gözləyirlər. Lakin onun adı hələlik gizli saxlanılır. Sadəcə o məlumdu ki, bu futbolçu orta sahə oyunçusudu. Yaxın günlərdə onun düşərgəyə qoşulması gözlənilir.
