19 yanvar 2013 02:19
Turan bu gün Kəpəzlə yoxlama oyunu keçirəcək
Əsas komanda kimi "Kəpəz"in əvəzedici heyəti də yoxlama oyunlarında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, əvəzedicilər sınaq xarakterli ilk oyununu bu gün keçirəcək.
Mehman Hacıyevin yetirmələrinin rəqibi Tovuzun "Turan" klubunun əsas komandası olacaq. Matç Gəncə şəhər stadionunda baş tutacaq. Gəncəli hakimlər briqadasının idarə edəcəyi oyun saat 14:00-da başlanacaq.
