22 yanvar 2013 02:57
İspaniya çempionatı: 20-ci tur başa çatdı (YENİLƏNİB)
Futbol üzrə İspaniya çempionatında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Espanyol” doğma meydanda “Mallorca”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin dramatik qələbəsi ilə başa çatıb.
İkinci oyun günündə “Granada” “Rayo Vallecano”nu, “Real Sociedad” “Barcelona”nı məğlub edib. Qeyd edək ki, bu, "Barsa"nın cari mövsümdəki ilk yenilgisi olub. “Getafe” “Sevilla”, “Malaga” “Celta” ilə xalları yarı bölüb.
Üçüncü oyun günündə də dörd görüş baş tutub. “Osasuna” “Deportivo”nu, “Valladolid” “Zaragoza”nı, “Atletico” “Levante”ni məğlub yola salıb. “Valencia”nın qonağı olan “Real” isə beş cavabsız qola sevinib.
Nəhayət, turun qapanış matçında “Betis” “Athletic” ilə üz-üzə gəlib. Görüş sülhlə bitib.
İspaniya La Liqası
20-ci tur
18 yanvar
Espanyol – Mallorca – 3:2
Qollar: Simao, 16, Verdu, 68-pen, Baena, 84 – Santos, 35, Markes, 42.
19 yanvar
Granada - Rayo Vallecano - 2:0
Qollar: Mass, 24-öz qapısına, Reçio, 80.
Real Sociedad - Barcelona - 3:2
Qollar: Kastro, 40; 62, Aqirretxe, 90 - Messi, 7, Pedro, 25.
Getafe - Sevilla - 1:1
Qollar: Kolunqa, 44 - Reyes, 40.
Malaga - Celta - 1:1
Qollar: Demişelis, 37 - Fernandes, 76.
20 yanvar
Osasuna - Deportivo - 2:1
Qollar: Sola, 26, Nino, 61 - Kamunas, 90.
Valladolid - Zaragoza - 2:0
Qollar: Querra, 12, Qonsales, 74.
Atletico - Levante - 2:0
Qollar: Adrian, 32, Koke, 60.
Valencia - Real - 0:5
Qollar: İquayn, 9, Di Mariya, 34; 45, Ronaldo, 36; 41.
21 yanvar
Betis - Athletic - 1:1
Qol: Martin, 2 - Aduris, 41.
| 1 | Barcelona | 20 | 18 | 1 | 1 | 66 | 23 | +43 | 55 |
| 2 | Atletico | 20 | 15 | 2 | 3 | 42 | 18 | +24 | 47 |
| 3 | Real | 20 | 12 | 4 | 4 | 50 | 20 | +30 | 40 |
| 4 | Betis | 20 | 11 | 2 | 7 | 30 | 29 | +1 | 35 |
| 5 | Malaga | 20 | 9 | 5 | 6 | 30 | 17 | +13 | 32 |
| 6 | Rayo Vallecano | 20 | 10 | 1 | 9 | 27 | 36 | –9 | 31 |
| 7 | Valencia | 20 | 9 | 3 | 8 | 27 | 32 | –5 | 30 |
| 8 | Levante | 20 | 9 | 3 | 8 | 24 | 29 | –5 | 30 |
| 9 | Real Sociedad | 20 | 8 | 5 | 7 | 31 | 27 | +4 | 29 |
| 10 | Valladolid | 20 | 8 | 4 | 8 | 29 | 25 | +4 | 28 |
| 11 | Getafe | 20 | 7 | 5 | 8 | 25 | 31 | –6 | 26 |
| 12 | Sevilla | 20 | 6 | 5 | 9 | 24 | 29 | –5 | 23 |
| 13 | Zaragoza | 20 | 7 | 1 | 12 | 21 | 30 | –9 | 22 |
| 14 | Espanyol | 20 | 5 | 6 | 9 | 23 | 32 | –9 | 21 |
| 15 | Athletic | 20 | 6 | 4 | 10 | 23 | 39 | –16 | 21 |
| 16 | Granada | 20 | 5 | 5 | 10 | 18 | 29 | –11 | 20 |
| 17 | Celta | 20 | 5 | 4 | 11 | 20 | 25 | –5 | 19 |
| 18 | Osasuna | 20 | 4 | 6 | 10 | 16 | 21 | –5 | 18 |
| 19 | Mallorca | 20 | 4 | 5 | 11 | 20 | 36 | –16 | 17 |
| 20 | Deportivo | 20 | 3 | 7 | 10 | 24 | 42 | –18 | 16 |
