18 yanvar 2013 15:02
Arif İsayev: Çox istərdim ki, sabah ilk dəqiqələrdən meydanda olum
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev azerisport.az saytına müsahibəsində ictimaiyyətə təqdim olunmasından, qarşıdakı turda debüt etmək şanslarından danışıb.
- Dünən yeni klubunuz sizi ictimaiyyətə təqdim etdi. Dənizlidə sizin bu kluba keçidinizlə bağlı nə düşünürlər?
- İlk növbədə mən bu kluba keçidimi, bəslənilən ümidləri doğrultmalıyam. Ümid edirəm ki, ondan sonra haqqımda yalnız yaxşı düşüncələr olacaq. Dünənki təqdimar mərasiminə gəlincə, hər şey çox tez alındı. Mənimlə yanaşı daha altı futbolçu ictimaiyyətə təqdim olundu.

- Komandanız ikinci dövrəyə hazırdı?
- Bəli. Amma bu suala nəticələrimiz, oyunlarımız daha dəqiq aydınlıq gətirəcək

- Bəs özünüz?
- Mən indi özümü iki həftə əvvəllə müqayisədə daha yaxşı hiss edirəm. Demək olar ki, tam hazıram. Mən komandaya toplanışın ilk günlərindən qoşulmuşam. Buna görə yaxşı hazırlaşa bildim. Daha iki oyun keçirəndən sonra 100 faiz hazır olacağam.

- Artıq sabah “Denizlispor”da rəsmən debüt edə bilərsiz. Həyəcan var?
- Deməzdim. Mən yığmanın heyətində Almaniya və Türkiyə yığmalarına qarşı oynamışam. Ona görə də belə oyunlara alışmışam. Sadəcə, məsuliyyət hissi çoxdu.

- Meydana ilk dəqiqələrdən çıxmalısız?
- Belə olacağını gözləyirəm. Amma hər şeyə baş məşqçi qərar verir. Çox istərdim ki, ilk dəqiqələrdən meydanda olum.

- Sizi “1461 Trabzon”la duel gözləyir. Hansı ki, həm Birinci Liqanın liderlərindəndi, həm də Türkiyə kubokunda uğurlu çıxışı ilə seçilir...
- Layiqli rəqibdi. Onların oyununu görmüşəm. Bizə asan olmayacağı dəqiqdi.
- “Fenerbahçe” ilə oyunlarını izləmisiz?
- Baxmışam. Trabzon təmsilçisi çox inamlı mübarizə apardı.

- Oyunun azarkeşsiz keçirilməsi şanslarınızı artırır?
- Bu, şanslarımızı az da olsa, artırır. Qələbə üçün gedirik. Amma heç-heçə də pis nəticə olmayacaq. Qələbə qolunu vurmağım pis olmazdı. Ola bilər ki, beş qol vurum, amma komandam 5:5 hesablı heç-heçə etsin. Ən yaxşısı o olardı ki, minimal hesabla üstün olaq. Bu sözlər şablon görünə bilər. Lakin qələbə qazanmağımızı çox istəyirəm.