18 yanvar 2013 15:18
Simurqun CSKA ilə matçının başlama saatı dəyişdirildi
“Simurq”un Bolqarıstan CSKA-sı ilə sınaq matçının başlama saatı dəyişib. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanın öncədən Bakı vaxtı ilə saat 17:30-da başlayacağı bildirilirdi.
Lakin tərəflərin qarşılıqlı razılığına əsasən matçın yarım saat tez, 17:00-da başlamasıan qərar verilib. Görüş Türkiyənin Antalya şəhərində baş tutacaq.
