18 yanvar 2013 15:35
Azərbaycan yığmasında daha bir braziliyalı futbolçu
Yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskva şəhərində təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Seymur Məmmədov zədəli olduğu üçün heyətdən kənarda qalıb.
Onun əvəzinə millinin toplanışına Amadeu Fernandes dəvət olunub.
Moskvaya yollanacaq heyəti bir daha diqqətinizə çatdırırıq:
Marat Salyanski
Buranello Laercio
Elnur Zamanov
Rizvan Fərzəliyev
Vitali Borisov
Namiq Məmmədkərimov
Rəcəb Fərəczadə
Ribeyro Felipe
Dantas Jadder
Maşado Santos
İlkin Hacıyev
Fərid Atakişiyev
Tural Qurbanov
Əskər Abbasov
Amadeu Fernandes
