18 yanvar 2013 16:08
Xəzər Lənkəran ilk rəqibini dəyişdi
“Xəzər Lənkəran” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərin siyahısında dəyişiklik edib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi Moldovanın “Rapid” klubu ilə görüşməyi planlaşdırsa da, həmin oyun baş tutmayacaq.
Əvəzində “ağ-yaşıllar” Qazaxıstanın “Jetisu” komandasıyla qarşılaşmağa qərar verib. Bu oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
